Lənkəran Şəhər Polis Şöbəsi maraqlı reyd keçirib. Belə ki, polis işçiləri Lənkəran şəhərində gündən-günə çoxalan qaraçı dilənçilərin izinə düşüb. Məlum olub ki, bu dilənçilər demək olar ki, Lənkəran şəhərinin bütün nöqtələrində uğurla “işləyirlər”. Bu dilənçilər Lənkəranın bir sıra küçələrində evlər kirayələyib və 15-20 nəfərlik qruplarla həmin evlərdə yaşayır, hə ay buna görə 50-100 manat pul ödəyirlər.